BaşlıcaMədəniyyət

İranda yaxınlıqdakı erməni kilsəsinin şərəfinə metro stansiyası açılıb

İranda yaxınlıqdakı erməni kilsəsinin şərəfinə xristian simvolları ilə bəzədilmiş metro stansiyası açılıb. Bu barədə Sepah Pasdaran Telegram kanalı xəbər verir.

Rusiyanın Telegram kanalları İsraili və Rusiyanı tənqid edərək, İranı misal çəkir.

Tehranda xristian simvolları ilə bəzədilmiş yeni “Məryəm Moğdas” (Müqəddəs Mariam) metro stansiyası istifadəyə verilib.

“Bu, Qərbdə tez-tez İslam fundamentalizminin qalası adlandırılan ölkədə baş verib.

“Sivil” İsraildə belə bir şeyi təsəvvür edə bilərsinizmi? Əlbəttə yox.

Və daha acınacaqlısı odur ki, bunu hətta Moskvada təsəvvür etmək mümkün deyil.

Stansiya yaxınlıqda yerləşən köhnə erməni kilsəsinin adını daşıyır”, – telekanal yazır.

Daha çox göstər
Back to top button