
Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının illik görüşləri çərçivəsində ER Maliyyə naziri Vahe Hovhannisyan və Mərkəzi Bankın sədri Martin Galstyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə BVF nümayəndələri arasında 2022-2025-ci illər üçün Ehtiyat Proqramının altıncı baxışı və eyni zamanda 36 aylıq yeni bir ehtiyat proqramı 128,8 milyon Xüsusi Çəkmə Hüququ – (təxminən 175 milyon ABŞ dolları) haqqında yekun razılıq əldə edilib.
Ermənistan Maliyyə nazirliyinin məlumatına görə, bu nailiyyət BVF heyətinin və Ermənistanın iqtisadi siyasətin əsas istiqamətləri və makroiqtisadi proqnozlar barədə ümumi razılığa gəldiyini təsdiqləyir.
BVF-nin açıqlamasına görə:Real ÜDM artımı 2025 və 2026-cı illərdə müvafiq olaraq 5% və 5,5% səviyyəsində yüksək qalmaqda davam edir.
İnflyasiya Ermənistan Mərkəzi Bankının hədəflənən göstəricisi çərçivəsindədir.
Hökumətin borcu mülayimdir və ÜDM-in 48%-ni təşkil edir.
Bank sistemi yüksək gəlirliliyi, güclü kapital və likvidlik buferləri ilə xarakterizə olunur.
Eyni zamanda, BVF-nin gözlənilən hesabatında Ermənistanın iqtisadi göstəriciləri, siyasi prioritetləri və islahatların gedişatı ətraflı şəkildə təqdim olunacaq. Hesabat beynəlxalq tərəfdaşlar, investorlar və ictimaiyyət üçün etibarlı və şəffaf məlumat mənbəyi kimi xüsusi əhəmiyyət kəsb edir.







