BaşlıcaSiyasət

ER Baş naziri:  “Azərbaycan və Ermənistan sərhədində 1 il 8 ay davam edən atışma nəticəsində hərbi qulluqçu şəhid olmayıb”

Ermənistan və Azərbaycan sərhədində son 1 il 8 ay ərzində atışma nəticəsində heç bir hərbi qulluqçu həlak olmayıb.

Alınan məlumata görə, bu haqda  Parlamentin daimi komissiyalarının birgə iclasında “2026-cı il üçün Ermənistan Respublikasının dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Baş nazir Nikol Paşinyan açıqlayıb.

“Bizim müstəqillik tariximizdə belə bir 1 il 8 ay heç vaxt olmayıb” – deyə Baş nazir bildirib.

Baş nazir vurğulayıb ki, avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından sonra ilk dəfə Ermənistan Respublikasının dövlət büdcəsi təsdiq edilmiş sülh şəraitində müzakirə olunur.

Daha çox göstər
Back to top button