
Ermənistanda siyasi məhbuslar yoxdur və heç vaxt da olmayacaq, lakin Ermənistanda qanunun aliliyi və qanunun üstünlüyü mövcuddur.
Bu haqda, oktyabrın 30-da Parlamentdə jurnalistlərlə söhbəti zamanı Əmək və Sosial Məsələlər naziri Arsen Torosyan bildirib və Ermənistanda siyasi məhbusların olub-olmaması barədə suala cavab verib.
“Demokratik ölkələrin ən vacib komponentlərindən biri məhz qanunun aliliyidir, yəni qanun qarşısında hamı bərabər olmalıdır – siyasi baxışlarından asılı olmayaraq.
Əgər söhbət cinayətdə ittiham olunan müxaliflərin həbsindən, saxlanmasından və ya məhkum olunmasından gedirsə, hazırkı vəzifəli şəxslərlə bağlı da çoxsaylı hallar var ki, onlar da həm həbs olunublar, həm saxlanılıblar, həm məhkum olunublar, həm də artıq azadlığa buraxılıblar. Ermənistanda seçici ədalətə çoxdan son qoyulub” – deyə o, bildirib.
“Ermənistanda sadəcə bir bəyanata görə insanı həbs edə bilərlərmi?” –suala Torosyan belə cavab verib:
“Ermənistanda heç kəsi bəyanatına görə həbs etmirlər, mövcud olan cinayət məcəlləsi maddələri var”.







