BaşlıcaSiyasət

Ararat Mirzoyan Suriyanın xarici işlər naziri ilə telefon danışığı aparıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Suriya Ərəb Respublikasının xarici işlər naziri Əsəd Əl-Şaybani ilə telefon danışığı aparıb.

Həmsöhbətlər Ermənistan və Suriya arasında ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.

Birgə səylər, o cümlədən qarşılıqlı səfərlər vasitəsilə qarşılıqlı maraq doğuran sahələrdə siyasi dialoqun və əməkdaşlığın aktivləşdirilməsinə dair razılıq əldə olunub.

Ermənistan və Suriya, eləcə də iki xalq arasında ənənəvi dostluq münasibətlərinin əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını vurğulanıb.

Ermənistan və Suriya xarici işlər nazirləri iqtisadi, investisiyaların təşviqi və humanitar proqramları inkişaf potensialı olan sahələr kimi qeyd ediblər. Nazir Mirzoyan Ermənistanın humanitar minatəmizləmə fəaliyyətinə dəstəyini davam etdirməyə hazır olduğunu bildirib.

Ararat Mirzoyan və Əsəd Əl-Şaybani regional hadisələrə toxunublar. Suriya xarici işlər naziri avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar nəticəsində Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması münasibətilə erməni həmkarını təbrik edib, sülhün davamlı olaraq möhkəmləndirilməsi istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparılıb.

Daha çox göstər
Back to top button