
Dövlət sərhədinin qorunması Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Ermənistan Respublikası hökuməti tərəfindən ayrılan vəsaitlər hesabına müasir tələblərə cavab verən sərhəd qarovul məntəqələri inşa edilir.
Bu barədə MTX-dən məlumat verilir. Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının N dəstəsində “Kornidzor”, “Xndzoresk” və “Hartaşen” sərhəd qarovul məntəqələrinin açılış mərasimi baş tutdu.
Tədbirdə Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyan, rəhbərin müavinləri Aram Hakobyan və David Sanamyan, Sərhəd Qoşunlarının komandiri, polkovnik Qarik Muradyan və digər vəzifəli şəxslər iştirak etdilər.
Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyan Sərhəd Qoşunlarının hərbi qulluqçularını salamladı və onları yeni qarovul məntəqələrinin açılışı münasibətilə təbrik edərək, Ermənistan Respublikasının mənfəəti üçün problemsiz xidmət arzuladı.
Milli Təhlükəsizlik Xidmətinin rəhbəri yeni tikilmiş üç qarovul məntəqəsində gəzinti etdi, hərbi qulluqçuların məişət və xidməti şəraitləri, silahlanması və maddi-texniki vasitələri ilə tanış oldu.

Tədbirdə Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyan, rəhbərin müavinləri Aram Hakobyan və David Sanamyan, Sərhəd Qoşunlarının komandiri, polkovnik Qarik Muradyan və digər vəzifəli şəxslər iştirak etdilər. Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyan Sərhəd Qoşunlarının hərbi qulluqçularını salamladı və onları yeni qarovul məntəqələrinin açılışı münasibətilə təbrik edərək, Ermənistan Respublikasının mənfəəti üçün problemsiz xidmət arzuladı.
Milli Təhlükəsizlik Xidmətinin rəhbəri yeni tikilmiş üç keşikçi məntəqəsində gəzinti etdi, hərbi qulluqçuların məişət və xidməti şəraitləri, silahlanması və maddi-texniki vasitələri ilə tanış oldu.

Səfər zamanı Andranik Simonyan həmçinin yeni tikilmiş qarovul məntəqələrinin zabit yaşayış yerlərinin məişət şəraitləri ilə də tanış oldu ki, onlar da tam şəkildə müasir standartlara cavab verir, keçikçi məntəqələrində zabit ailələrinin yaşaması üçün zəruri olan əşya və texnika ilə təchiz edilmişdir.
Səfərin sonunda Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Sərhəd Qoşunlarının komandanlığına müvafiq tapşırıqlar verdi.
Mətn factor.am-ə məxsusdur.







