BaşlıcaSiyasət

Sultanyan: “Hacıyevin qarşısında əsirlər məsələsini qaldırdıq”

“Tam məsuliyyətlə deyirəm ki, biz hətta azərbaycanlıların ziyarəti zamanı Bakıda saxlanılan erməni əsirləri məsələsini qaldırmışdıq, həmçinin cənab Hacıyevin qarşısında da bu məsələni irəli sürdük.

Üstəlik, nə erməni, nə də azərbaycan tərəfi bizə bu məsələni qaldırmamaq üçün heç bir məhdudiyyət qoymayıb” – deyə bu barədə dəvət olunan  mətbuat çıxışında Demokratiyanın İnkişafı Fondu (DİF) direktoru Naira Sultanyan bildirib.

Qeyd edək ki, “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Ermənistandan vətəndaş cəmiyyəti nümayəndələri qrupu Bakıya səfərində məqsəd,yerli vətəndaş cəmiyyəti və hakimiyyət nümayəndələri ilə görüşlər keçirmək olub.

“Azərbaycan tərəfi ilə birbaşa bu mövzuda danışmaq bizim üçün yeni vəziyyət idi, deyə bilərsiniz ki, xüsusilə cənab Hacıyevin qarşısında oturaraq, biz sözümüzü diplomatik şəkildə ifadə etməyə və həssaslıqla əsaslandırmağa çalışdıq ki, nəticədə tərəflər arasında inam və qarşılıqlı anlaşma hissi yaransın.

Bunun nəticəsində də ümid edirik ki, bu problemlər daha tez həll olunacaq. Təəssüflə qeyd etməliyəm ki, say, insanların adları və s. baxımından dəqiq və konkret cavab ala bilmədik, lakin burada Ermənistan hakimiyyəti bizə bu istiqamətdə davamlı səylər göstərdiklərinə dair əminat verib.

Cənab Hacıyev də öz növbəsində bizdə aktiv danışıqlar prosesinin getdiyinə dair inam yaratdı” –deyə Sultanyan  qeyd edib.

Mətn factor.am-ə aiddir.

Daha çox göstər
Back to top button