BaşlıcaSiyasət

Tom Barak Türkiyə ilə Ermənistan arasında sərhədin açılacağına ümid etdiyini bildirib

Anadolu agentliyi xəbər verir ki, ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Türkiyə ilə Ermənistan arasında sərhədin açılacağına ümid etdiyini bildirib.

Bundan əvvəl Bloomberg agentliyi Ankaranın yaxın 6 ay ərzində Ermənistanla quru sərhədinin açılması məsələsini müzakirə etdiyini bildirmişdi.

Barak ABŞ-Türkiyə münasibətlərinə də toxunaraq, mühüm məsələlərin əksəriyyətinin həll olunduğunu qeyd edib. O əlavə edib ki, hələ danışıqlar mərhələsində olan məsələlər yaxın 4-6 ay ərzində həll olunacaq və Vaşinqtonla Ankara arasında münasibətlər “növbəti mərhələyə” keçəcək.

“Bu əlaqələr güclüdür. Biz həmişə deyirik ki, Türkiyə Aİ-dən sonra NATO-da bizim ən böyük müttəfiqimizdir və bu doğrudur. Buna baxmayaraq, Ankara Avropada böyük hörmətə malik deyil və Avropa İttifaqına daxil olmaq istəmir”, – səfir bildirib.

Daha çox göstər
Back to top button