BaşlıcaSiyasət

Biz hökumətin üzərinə götürdüyü ən böyük öhdəliyi yerinə yetirmişik: Nikol Paşinyan

Ermənistan hökuməti xalq qarşısında üzərinə götürdüyü ən böyük öhdəliyi yerinə yetirib.

Baş nazir Nikol Paşinyan Sankt-Peterburqda erməni icmasının nümayəndələri ilə görüşündə bunu xüsusi vurğulayıb.

“Hökumətin 2021-ci ilin avqustunda qəbul etdiyi proqramda deyilir ki, hökumətin xalq qarşısındakı ən böyük öhdəliyi Ermənistan Respublikası və region üçün dinc inkişaf erası açmaqdır. Biz bu ən böyük öhdəliyi yerinə yetirmişik. Baxmayaraq ki, digər öhdəliklərin də çox əhəmiyyətli hissəsini yerinə yetirmişik”, – Paşinyan vurğulayıb.

O qeyd edib ki, dünyada elə bir hökumət yoxdur ki, onun proqramını 100 faiz yerinə yetirsin.

Daha çox göstər
Back to top button