
Bakıda ilkin mənbələrdən və elmi materiallardan istifadə olunmaqla hazırlandığı iddia edilən “Qərbi Azərbaycan Virtual Ensiklopediyası” onlayn resursunun təqdimatı keçirilib. Azərbaycan mətbuatının yazdığına görə, layihə Strateji Kommunikasiyalar Mərkəzi tərəfindən hazırlanıb.
Onlayn resurs təbii-coğrafi şərait, tarixi coğrafiya, arxeologiya, etnoqrafiya, siyasi, sosial-iqtisadi, hərbi və mədəni tarix kimi mövzuları əhatə edən səkkiz əsas bölmə, 34 fəsil və 55 alt fəsildən ibarətdir.
Strateji Kommunikasiyalar Mərkəzinin prezidenti, layihənin baş məsləhətçisi Anar Qədirli bildirib ki, “Qərbi Azərbaycan Virtual Ensiklopediyası” prezidentin irəli sürdüyü strateji çağırışı praktiki və elmi şəkildə həyata keçirmək məqsədi daşıyır. Onun sözlərinə görə, layihənin əsas məqsədi “Qərbi Azərbaycan”la bağlı “tarixi faktlar” deyilənləri təkcə emosional çağırışlarla deyil, həm də akademik obyektivlik və elmi dəqiqliyə əsaslanaraq təqdim etməkdir”.
Bu yaxınlarda OC Media xəbər verdi ki, tədqiq etdiyi sızan sənədlər Azərbaycan prezident administrasiyasının “Qərbi Azərbaycan məsələsinin” beynəlxalq yayılmasını necə əlaqələndirdiyini və maliyyələşdirdiyini üzə çıxarıb.







