Arman Sarkisyan: “2025-ci ildə rəqiblə təmas xəttində heç bir ölüm hadisəsi baş verməyib”

Müdafiə nazirliyi bu ağrılı mövzunu daim diqqət mərkəzində saxlayıb. Bizim üçün də hər bir hərbi qulluqçunun ölümü faciədir.
Siz sülhə istinad edirsiniz, amma unudursunuz ki, 2025-ci ildə rəqiblə təmas xəttində heç bir ölüm hadisəsi qeydə alınmayıb. Mən bunu sülhün xüşişi və müsbət göstəricisi kimi qeyd etmək istəyirəm.
Bu haqda Müdafiə nazirinin müavini Arman Sarkisyan 19 yanvar tarixli Parlamentin iclasında müxalifət üzvü Taquhi Tovmasyanın mülahizəsinə cavab olaraq bildirib.
Tovmasyan qeyd edib ki, 2025-ci ildə sülh şəraitində 30 hərbi qulluqçu həlak olub, onlardan 24-ü xidmətlə əlaqəsi olmayan səbəblərdən. Deputat soruşub ki, cəza tədbirləri görülüb və yaxud Müdafiə nazirliyi nəticə çıxarıb?
“Sülh şəraitində baş verən itkilərə gəldikdə, təbii ki, bu, narahatlıq doğurur, amma sizə xəbər verim ki, əgər bilmirsinizsə, statistikalar daim müqayisəli şəkildə təqdim olunur və bizdə müsbət irəliləyiş var.
Fərqi yoxdur kiminlə müqayisə edirik – 2024-cü illə və ya digər illərlə, məsələn, (üzr istəyirəm, siyasiləşdirmək istəmirəm, amma…) Müdafiə nazirliyi sizin təmsil etdiyiniz siyasi qrupun və ya rəhbərliyin idarəçiliyi dövründə necə idarə olunurdu?
Orduda həmişə belə hadisələr olub və xahiş edirəm ümumi kontekstdə təhlil və müqayisə aparasınız. Görəcəksiniz ki, sizin siyasi rəhbərliyiniz dövründə belə hadisələr olub ya yox? Əgər olubsa, 2025-ci illə müqayisədə nə qədər çoxdur və ümumi halların neçəsi xidmətlə bağlıdır?”- deyə Sarkisyan Tovmasyana olan cavabında qeyd edib.
O, əlavə edib ki, əgər Müdafiə nazirliyi nəticə çıxarmasaydı, müsbət irəliləyiş də olmazdı.







