BaşlıcaSiyasət

Sülhə daha böyük inamla Ermənistana qayıdıram: Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtondan Ermənistana sülhə daha böyük inamla qayıddığını açıqlayıb.

Paşinyan bu barədə Facebook səhifəsində yazıb.

“Ermənistanı darıxdım. Sülhə daha böyük inamla qayıdıram”, – deyə Ermənistanın Baş naziri yazıb.

Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Sülh Şurasının ilk iclasında iştirak etmək üçün 18 fevralda Vaşinqtona işgüzar səfərə yola düşüb. Sessiyadan əvvəl Ermənistanın baş naziri Azərbaycan prezidenti İlham Əliyev də daxil olmaqla bir qrup həmkarı ilə təmasda olub.

Daha çox göstər
Back to top button