Ekonomika
Ermənistanın ötən il ÜDM-i 29,2 milyard dollar təşkil edib

Ermənistanın ümumi daxili məhsulu (ÜDM) 2025-ci ildə əvvəlki illə müqayisədə 7,2% artaraq 11 trilyon 317 milyard 508,7 milyon dram və ya 29,2 milyard ABŞ dollarından çox təşkil edib.
Bunu Ermənistan Respublikasının iqtisadiyyat naziri Gevorq Papoyan qeyd edib.
“2025-ci ildə Ermənistanda adambaşına düşən ÜDM 3 milyon 666 min 540 dram və ya 9474 ABŞ dolları təşkil edib”, – nazir qeyd edib.







