BaşlıcaEkonomika

Rusiya tərəfi ilə dəmir yolu infrastrukturunun bərpası müzakirə olunub

Ermənistan Respublikasının Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan Rusiya Federasiyasının Nəqliyyat nazirinin müavini Dmitri Zverevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə nazirlikdən məlumat verilib.

Görüş zamanı “Gümrü-Axurik-Türkiyə Respublikasının sərhədi” və “Yerasx-Azərbaycan Respublikasının Naxicevan Muxtar Respublikasının sərhədi” dəmir yolu infrastrukturunun bərpası və tikintisi ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin avtomobil nəqliyyatı və hava daşımaları sahələrində əməkdaşlığın mövcud səviyyəsinə də toxunulub.

Müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

Daha çox göstər
Back to top button