
MFransa Prezidenti Emmanuel Makron Ermənistan və Azərbaycan arasında sülh prosesinə dəstəyini bir daha təsdiqləyib. Fransa Prezidenti bu barədə X sosial şəbəkəsindəki mikrobloq hesabında yazaraq Azərbaycan prezidenti İlham Əliyev ilə telefon danışığının təfərrüatlarını açıqlayıb.
“Region rəhbərləri ilə məsləhətləşmələrim çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə danışdım və İrandan edilən zərbələrdən sonra ölkəsinə dəstəyimizi və həmrəyliyimizi bildirdim.
Həmçinin vətəndaşlarımızın təxliyəsi məsələsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edirəm.
Bu fürsətdən istifadə edərək Ermənistan və Azərbaycan arasında sülh prosesinə dəstəyimizi və Bakı ilə ikitərəfli dialoqu daha möhkəm əsaslar üzərində davam etdirmək istəyimizi bir daha təsdiqlədim” – deyərək Makron yazıb.akron Ermənistan və Azərbaycan arasında sülh prosesinə dəstəyini yenidən təsdiqləyib







