Başlıcaİctimaiyyət
Mahhaçqalada Donald Tramp-a erməniləri təhqir etdiyinə görə cərimə kəsilib

Mahhaçqalada Telegram-da Donald Tramp təxəllüsündən istifadə edən və erməniləri təhqir edən kişiyə qarşı inzibati xəta işi qaldırılıb.
İttiham barədə Mahhaçqalanın Leninsk rayon məhkəməsinin saytında məlumat yayılıb.
Məhkəmə 33 yaşlı Tofik İsmayılovu Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.3.1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilərək 10 min rubl cərimə edib.
İş materiallarına görə, Donald Trump təxəllüslü istifadəçinin şərhlərində ermənilərə qarşı qanunsuz hərəkətlərə təhrik edən ifadələr olub.







