BaşlıcaSiyasət

RF-sı  ER-da milyardlar sahiblərinin əlləriylə   devriliş etməyə  cəhd edir

“Respublika” Partiyası Siyasi Şurasının üzvü Anahit Adamyan Factor TV-yə müsahibəsində qarşıdakı parlament seçkiləri, Qərbpərəst qüvvələr düşərgəsindəki mövcud vəziyyət, xarici müdaxilələr və Ermənistanın gələcəyi ilə bağlı partiyanın baxışı haqqında danışıb.

 “Respublika” partiyasının aşağı reytinq səbəbindən parlamentə düşməyəcəyi qorxusunun olub-olmadığı sualına cavab verən Anahit Adamyan əminliklə bildirib:

“Tamamilə heç bir qorxumuz yoxdur. Bizi heç bir nəticə ilə qorxutmayın”. Onun sözlərinə görə, dərc olunan sosioloji sorğular real mənzərəni əks etdirmir və siyasi məqsədlər güdür.

 “Bu sorğuların yeganə məqsədi ictimai rəyə təsir etməkdir, yəni sorğular özlüyündə təbliğat vasitəsinə çevrilir. Bütün bu sorğuların əsl sorğusu iyunun 7-də olacaq. Əsl sorğu və əsl cavab bu olacaq” – deyə o qeyd edib və misal olaraq keçmiş Yerevan Bələdiyyə Şurası seçkilərini göstərib.

 Həmin vaxt onların partiyası 1% əvəzinə 11.3% səs toplamışdı. Adamyan hakim “Mülki Müqavilə” Partiyasının Qərbpərəst gündəliyi “Respublika” Partiyasından götürməsi fikri ilə razılaşmayaraq, Aİ-yə üzvlük referendumu haqqında qanun layihəsinin qəbulu tarixini xatırladıb.

“Əgər “MM” Partiyası belə bir qanun qəbul etmək qərarına gəlmişdisə, parlamentin və ya hökumətin qanunvericilik təşəbbüsü ilə çıxış etməsinə nə mane olurdu?

 Və əgər bu, “MM” Partiyasının gündəliyi idisə, necə oldu ki, Ermənistan Respublikasının parlamentində ilk dəfə olaraq ümumxalq təşəbbüsü ilə qanun qəbul edildi?

 Məsələn, AB-nə üzvlük üçün müraciət etməyə nə mane olur? Əgər bu, həqiqətən də “MM” Partiyasının gündəliyi idisə, yeddi ilə yaxın, səkkiz ilə yaxın müddətdə SEPA-nın bütün şərtlərini yerinə yetirməyə nə mane olurdu?” – deyə o, sual verib.

Anahit Adamyan əmindir ki, Ermənistana qarşı hibrid müharibə aparılır və onun sözlərinə görə, bu müharibə çərçivəsində siyasi meydana Samvel Karapetyanın rəhbərliyi ilə “Güclü Ermənistan” Partiyası daxil olub.

 “Gəlin anlayaq, görək, kimi axmaq yerinə qoyurlar? Salavyov və Duqinin bəyanatları nəyisə ifadə edirmi? Zaxarovanın kinizmi nəyisə ifadə edirmi?

 Təzyiq göstərmək nə deməkdir? Əgər o ölkə səhərdən axşama qədər qarşısına məqsəd qoyubsa postsovet məkanının bütün dövlətlərində öz təsirini bərpa etmək.

Bu hibrid müharibə çərçivəsində Samvel Karapetyan Ermənistan Respublikasında peyda oldu, o zaman ki, Ruben Vardanyan uğursuzluğa düçar olmuşdu”.

Onun sözlərinə görə, Rusiya iqtisadi problemlər üzündən Ermənistanda öz məqsədlərinə milyarder ermənilər vasitəsilə çatmağa çalışır.

 “Varlı ermənilərin əli ilə, çünki onlar artıq əlini cibinə aparanda, o cibdə əvvəlki neft dollarları, qaz dollarları və sair, və sair cingildəmir” – deyə o, izah edib.

Adamyanın fikrincə, iyunun 7-də keçiriləcək seçkilər Ermənistan üçün taleyüklüdür. “İyunun 7-də Ermənistan Respublikasının hansı yolla davam edəcəyi məsələsi həll olunacaq. Biz inkişafa doğru gedəcəyik, həqiqətən də təsdiq edəcəyik ki, Ermənistan Respublikası nəhayət 21-ci əsrə qədəm qoydu, yoxsa biz 20-ci əsrə qayıdacağıq?”.

O, hesab edir ki, bəzi qüvvələrin əsl məqsədi hakimiyyət dəyişikliyi deyil, Ermənistanı öz suverenliyindən məhrum etmək və sülh gündəliyini pozmaqdır.

“Onların bütün problemi – problemlərin problemi, Ermənistan Respublikasının suverenliyə nail olmasına imkan verməmək, Ermənistan Respublikasında SÜLH prosesini əngəlləmək və ümumiyyətlə sülh sazişi imzalamamaqdır, çünki Rusiya Federasiyasına və sizin sadaladığınız o qüvvələrə nə müharibə, nə də sülh vəziyyəti lazımdır” – deyərək  Anahit Adamyan fikrini yekunlaşdırıb.

Mənbə factor.am

Daha çox göstər
Back to top button