BaşlıcaSiyasət

Brunner:  “Ermənistan tədricən AB üçün getdikcə daha vacib tərəfdaşa çevrilir”

Cənubi Qafqazda Ermənistan tədricən Avropa Birliyi üçün getdikcə daha vacib tərəfdaşa çevrilir. Bu barədə Avropa Komissiyasının daxili işlər və miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunner “Armenpress” agentliyinə verdiyi eksklüziv müsahibədə bildirib.

O, vurğulayıb ki, Ermənistan–AB tərəfdaşlığının əsasında ümumi dəyərlər — demokratiya, hüququn aliliyi və azad, firavan gələcək qurmaq məqsədi dayanır.

“Ermənistan Avropa Birliyi  üçün çox vacib tərəfdaşdır və demək ədalətli olar ki, münasibətlərimiz heç vaxt indiki qədər yaxın olmayıb.

Son illərdə siyasi dialoqun və islahatlar prosesinin əhəmiyyətli irəliləyiş əldə etdiyinin şahidi olmuşuq. Ermənistan–AB tərəfdaşlığının yeni strateji gündəliyinin qəbul edilməsi bu irəliləyişin göstəricisidir və bir çox sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün iddialı prioritetlər müəyyən edir” — deyə komissar qeyd edib.

Onun sözlərinə görə, bu, həm də onunla təsdiqlənir ki, Avropa Birliyinin 60-dan çox ölkə ilə vizasız səyahət razılaşması var, Ermənistan isə hazırda AB ilə vizaların liberallaşdırılması üzrə davam edən dialoq aparılan yeganə ölkədir.

“Bu, Avrop Birliyinin  Ermənistanla tərəfdaşlığı möhkəmləndirməkdə qətiyyətli olduğunu göstərir” — deyə Brunner vurğulayıb.

O, martın 12-də Ermənistana səfər edib. Səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan, Daxili işlər naziri Arpine Sarkisyan ilə görüşüb, həmçinin “Vizaların liberallaşdırılması yolu: Vizaların liberallaşdırılması üzrə fəaliyyət planının icrası çərçivəsində AB-Ermənistan əməkdaşlığının gücləndirilməsi” mövzusunda keçirilən müzakirədə iştirak edib.

Daha çox göstər
Back to top button