BaşlıcaSiyasət

Nikol Paşinyan Qazaxıstan Xİ nazirliyinin nümayəndə heyətini qəbul edib

Baş nazir Nikol Paşinyan Qazaxıstanın xarici işlər naziri Ermek Koşerbayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ermənistan Baş nazirinin aparatından  verilən məlumata görə, Nikol Paşinyan Qazaxıstan XİN rəhbərinin Ermənistana səfərini alqışlayıb və iki ölkə arasındakı tərəfdaşlığın strateji xarakterini vurğulayıb.

Nikol Paşinyanın sözlərinə görə,son vaxtlar baş tutan yüksək səviyyəli qarşılıqlı səfərlər Ermənistan-Qazaxıstan çoxtərəfli əməkdaşlığının inkişafına yeni təkan verir.

İkitərəfli münasibətlərin zəngin gündəliyi bunun sübutudur.

Bölgədə gedən proseslər Ermənistan və Qazaxıstan arasındakı əməkdaşlığa müsbət təsir göstərir.

Xüsusilə, Azərbaycan, Rusiya və Gürcüstan vasitəsilə qurulan dəmir yolu əlaqəsi ticarət-iqtisadi əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır.

Ermek Koşerbayev Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin səmimi salamlarını Baş nazirə çatdırıb və erməni həmkarları ilə hər iki tərəfi maraqlandıran bütün məsələlər ətrafında səmərəli müzakirələr apardıqlarını qeyd edib.

Qazaxıstanlı nazir dəmir yolu əlaqəsinin ikitərəfli ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artıracağına əminliyini ifadə edib.

Eyni zamanda, Ermek Koşerbayev regional kommunikasiya yollarının açılmasının vacibliyini qeyd edərək, Qazaxıstanın TRIPP və Ermənistan hökumətinin “Sülh kəsişməsi” layihələrinə dəstəyini vurğulayıb.

O, Qazaxıstanın bu layihələrin həyata keçirilməsində və regional ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüş zamanı tərəflər aşağıdakı sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər:

İnfrastruktur və tikinti;

Kənd təsərrüfatı;

Texnologiyalar;

Aviasiya əlaqələri və turizm.

Bu çərçivədə, yaxın gələcəkdə başlayacaq Ermənistan və Qazaxıstan arasında birbaşa aviaysiyaların həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin, ermənistanlı iş adamlarından ibarət nümayəndə heyətinin Qazaxıstana planlaşdırılan səfərinin iqtisadi əməkdaşlığa və biznes əlaqələrinin inkişafına yeni impuls verəcəyi qeyd olunub.

Daha çox göstər
Back to top button