BaşlıcaBeynəlxalq
İspaniyadakı ER səfiri Baş nazirin adına 2026-cı ilin “Gernika” mükafatını alıb

Ermənistanın İspaniyadakı səfiri Sos Avetisyan aprelin 26-da Gernika-Lumo şəhərində 2005-ci ildən bəri təqdim olunan illik “Gernika” sülh və barışıq mükafatının təqdimetmə mərasimində iştirak edib.
Alınan məlumata görə, səfirliyin “Facebook” səhifəsi xəbər verir ki, səfir Avetisyan Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın adına 2026-cı ilin “Gernika” mükafatını qəbul edib.
Bu mükafat Ermənistan və Azərbaycan liderlərinə iki ölkə arasında sülhün bərqərar olunması istiqamətində göstərdikləri səylərə görə verilib.







