
Ermənistan Rusiya ilə siyasi, iqtisadi və digər əlaqələrin kəsilməsində maraqlı deyil. Bu barədə jurnalistlərlə söhbətində məzuniyyətdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
O, aydınlaşdırıb ki, Ermənistan Rusiya ilə normal münasibətlərin qorunması istiqamətində işləmək istəyir və çalışacaq.
Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məzuniyyətdə olan ER Baş naziri Nikol Paşinyanın hərəkətlərinin Rusiya, Aİİ və KTMT ilə Ermənistan münasibətləri üçün təhlükə yaratdığını qeyd etmişdi.
Ermənistan XİN rəhbəri bu cür bəyanatın səbəbləri ilə bağlı suala cavab verməyib.
“Həmişə olduğu kimi, bu məmurun məlumatı səhvdir” – deyə o, qeyd edib.
Rusiya tərəfindən Ermənistan mallarına tətbiq edilən məhdudiyyətlərə toxunan Mirzoyan aydınlaşdırıb ki, problem ayrı-ayrı siyasi qüvvələrin və bəzi medianın qəsdən təqdim edib şişirtdiyi həcmdə və dərinlikdə deyil.
“Problem mövcuddur və onilliklərdir ki, mövcuddur və müəyyən dərəcədə sabah da davam edəcək. Böyük həcmli yüklərin daşınması zamanı hər zaman problemlər yarana bilər” – deyə o, əlavə edib.
Onun sözlərinə görə, elə hallar olur ki, rus idarələri bu və ya digər məhsulun müəyyən tələblərə cavab vermədiyini bildirir, lakin ekspertizanın nəticəsində bu məlumat ya təkzib edilir, ya da təsdiqlənir.
Mirzoyan problemin siyasi alt mətnlərinin ola biləcəyini də istisna etməyib, əlavə edərək ki, hazırda da çoxlu sayda Ermənistan malları Rusiyaya daxil olur.







