
Vacibdir ki, biz enerji sisteminin təhlükəsizliyinin və müstəqilliyinin artırılması üçün səylər göstərmişik. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.
“Meşamor AES-in gücü 400 MVt təşkil edir. 2018-ci ildən etibarən biz ümumi gücü təxminən 1200 MVt olan günəş elektrik stansiyaları yaratmışıq. Bu o deməkdir ki, biz sakitcə üç AES-in gücünə bərabər güclər tikmişik, üç atom elektrik stansiyası yaratmışıq.
Avropa Birliyi ilə əməkdaşlığın əsas istiqamətlərindən biri günəş energetikası sahəsində akkumulyator stansiyalarının yaradılması olacaq” – deyə Paşinyan qeyd edib.
O həmçinin təkrar edib ki, “TRIPP” layihəsi çərçivəsində fəaliyyət göstərəcək infrastruktur bütün aspektlərdən Ermənistanın təhlükəsizlik səviyyəsini yüksəldəcək.







