BaşlıcaEkonomika

Almaniya səfiri Ermənistan Müdafiə nazirliyinə ondan çox qar arabası təhvil verib

Almaniyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Klaudia Buş öz hökuməti adından silahlı qüvvələrin texniki vasitələrinin modernləşdirilməsi və imkanlarınının inkişaf etdirilməsi məqsədilə Ermənistan Müdafiə Nazirliyinə 16 ədəd qar arabası (snoubayk) təhvil verib.

Verilən məlumata görə, bu barədə Ermənistan Müdafiə nazirliyi məlumat yayıb və əlavə edib ki, iyunun 17-də Ermənistan MN-nin inzibati kompleksində müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan Klaudia Buşu qəbul edib.

Səfır Ermənistan və Almaniyanın sıx münasibətlərlə bağlı olduğunu qeyd edib.

O, xüsusilə vurğulayıb ki, 2025-ci ildən etibarən ikitərəfli münasibətlər Ermənistanın Baş naziri Nikol Paşinyan və Almaniyanın Federal Kansleri Fridrix Merts tərəfindən imzalanmış strateji tərəfdaşlıq gündəliyi ilə daha da möhkəmlənib.

Qar arabaları yüksək dağlıq şəraitdə şəxsi heyətin və kiçikhəcmli, yüngül yüklərin daşınması üçün istifadə olunacaq.

Almaniyadan gələn ekspertlərin dəstəyi ilə Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyəti bu günlərdə qar arabalarının istismarı üzrə təlim keçir.

Daha çox göstər
Back to top button