BaşlıcaSiyasət

Hegemonluq cəhdlərinə son qoyulmalıdır: Hakan Fidan regional əməkdaşlığın gücləndirilməsi baxımından 3+3 formatının əhəmiyyətini vurğulayıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan 3+3 formatının Cənubi Qafqaz ölkələri ilə Türkiyə, Rusiya və İran arasında əməkdaşlığın dərinləşdirilməsi üçün çox vacib bir mexanizm olduğu fikrini ifadə edib.

“Armenpress”in məlumatına görə, Hakan Fidan bunu “Turkiye” qəzetinə verdiyi müsahibədə bildirib. “Bu, Türkiyə, Rusiya, Azərbaycan, İran, Ermənistan və Gürcüstan arasında əməkdaşlığın dərinləşdirilməsi üçün çox vacib bir mexanizmdir. Region ölkələri olaraq, rəqabət və hegemonluq axtarışından daha çox əməkdaşlığa üstünlük verməliyik. Görürük ki, bu anlaşma Yaxın Şərqdəki son hadisələr kontekstində müəyyən bir nöqtəyə çatır.

Eyni perspektivlə iqtisadiyyatlarımızı gücləndirə və Cənubi Qafqazda və Orta Asiyada sabitliyi artıra bilərik. Hegemonluq cəhdlərinə son qoyulmalıdır. Sülh, əmin-amanlıq və sabitlik hər kəsə fayda verəcək. “Anlayışımızı dəyişdirməliyik. 3+3 formulu Qafqazda əhəmiyyətli əməkdaşlığın həyata keçirilməsinə xidmət edəcək. Əlbəttə ki, maneələr var. Bəzi ölkələr arasında qarşılıqlı inamsızlıq ciddi bir səviyyəyə çatıb. Digər tərəfdən, ortaq bir istək də var”, – deyə Fidan bildirib.

Daha çox göstər
Back to top button