
İranın Çabahis (Chabahar) limanı ilə Pakistanın Qvadar limanı arasında əməkdaşlığın inkişafı Cənubi Qafqaz ölkələri, o cümlədən Ermənistan üçün yeni ticarət yolları aça bilər və İranın Cənub-Şərqi Asiyanı Avrasiya bazarları ilə bağlayan mühüm körpü kimi mövqeyini gücləndirə bilər.
Bu barədə İranın Pars Today xəbər agentliyi yazır.
Mənbəyə görə, nəqliyyat və logistika mütəxəssisləri hesab edirlər ki, Çabahis və Qvadar arasındakı birgə əməkdaşlıq yanaşması Hind okeanı sahillərindən Norduz sərhəd-keçid məntəqəsinə və erməni bazarına qədər uzanan genişmiqyaslı logistik şəbəkənin inkişafı üçün imkan yaradır.
Nəşr qeyd edir ki, son illərdə Ermənistan İranın mühüm ticarət tərəfdaşlarından birinə çevrilib və bu nəqliyyat dəhlizlərinin inkişafı hər iki ölkəyə əhəmiyyətli faydalar gətirə bilər.
Tehran və Yerevan arasında ticarətin artmasına kömək edəcək;
Fars körfəzi, Cənubi Qafqaz və Avrasiya bazarlarını birləşdirən ticarət sistemində Ermənistanın tranzit qovşağı kimi rolunu gücləndirəcək.
Mütəxəssislərin fikrincə, bu cür layihələr Ermənistan iqtisadiyyatı üçün əlavə imkanlar yarada bilər.







