
San-Marinoda keçirilən “Billi Cin Kinq” (Qadınlar arası dünya komanda kuboku) kubokunun 3-cü alt qrupunun ilk turunda Ermənistan yığması Azərbaycan yığmasına 3:0 hesabı ilə qalib gəlib.
Verilən məlumata görə, bu barədə Ermənistan Tennis Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Təkbətək (fərdi) qarşılaşmalarda Ani Amirağyan (6:0, 6:0) və Elina Avanesyan (6:3, 6:2) qələbə qazanıb, cütlük yarışında isə Maria Azizyan və Alina Soğomonyan 6:2, 6:1 hesabı ilə üstün olublar.
Digər tərəfdən, Tsaxkadzorun Baş İdman Kompleksində keçirilən Devis Kubokunun (Davis Cup) Avropa zonası 4-cü alt qrupunun 2-ci turunda Ermənistan yığması San-Marino yığmasını 2:1 hesabı ilə məğlub edib.
Ermənistan komandasının heyətində təkbətək yarışda David Poghosyan qələbə qazanıb, Avetik Ğazaryan zədələnib, cütlərin yarışında isə Samvel Ağayan və Mikael Avanesyan üstünlük təmin ediblər.







