BaşlıcaSiyasət

Ermənistanın Hərbi Sənayesi Üçün Yeni Mərhələ: Fransanın “Thales” Şirkəti Erməni “BuTech” ilə əməkdaşlıq edir

Ermənistan Respublikasının Yüksək Texnologiyalar Sənayesi Naziri Mxitar Hayrapetyan, Fransanın “Thales” və Ermənistanın “BuTech” şirkətləri arasında strateji tərəfdaşlıq haqqında bəyanatı alqışlayıb və bunu Ermənistanın hərbi-sənaye kompleksi üçün mühüm nailiyyət kimi qiymətləndirib.

Nazirin sözlərinə görə, bu əməkdaşlıq yüksək ixtisaslı iş yerlərinin yaradılmasına, müdafiə texnologiyalarının inkişafına və Ermənistan-Fransa hərbi-texniki əməkdaşlığının dərinləşməsinə töhfə verəcək.

“Ermənistan Respublikasının hərbi-sənaye kompleksi üçün böyük nailiyyətdir. Fransanın “Thales” və Ermənistanın “BuTech” şirkətləri arasında strateji tərəfdaşlıq barədə bəyanatı alqışlayıram.

Belə bir qlobal liderlə əməkdaşlıq Ermənistanın yüksək texnologiyalar və müdafiə sənayesi üçün son dərəcə mühüm siqnaldır.

 Erməni şirkətləri həllər hazırlamaq, mürəkkəb sistemləri inteqrasiya etmək və beynəlxalq standartlara cavab vermək sahəsində getdikcə daha böyük potensial nümayiş etdirirlər.

Qeyd etmək vacibdir ki, bu hadisələr mayın 5-də İrəvanda Ermənistan Respublikasının Yüksək Texnologiyalar Sənayesi nazirliyi ilə Fransa Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sənayesi sahəsində strateji sənədin imzalanmasından sonra baş verir.

 “Thales” – “BuTech” tərəfdaşlığı Ermənistanda yüksək ixtisaslı iş yerlərinin yaradılmasına kömək edəcək, ER-Fransa hərbi və texnoloji əməkdaşlığını dərinləşdirəcək və ölkələrimiz arasında strateji qarşılıqlı fəaliyyəti gücləndirəcək” — deyərək nazir yazıb.

Mənbə: factor.am

Daha çox göstər
Back to top button