İctimaiyyət
Yerevan dünyanın ən bahalı şəhərləri arasındadır

Dünyanın ən bahalı şəhəri açıqlandı. “Numbeo” statistika resursunun reytinqlərinə əsasən, İsveçrənin Sürix şəhəri dünyanın ən bahalı şəhəri olub. Resursun reytinqində TOP 5-i İsveçrə şəhərləri- Bazel, Lozanna, Cenevrə və Bern olub.
Ən bahalı şəhərlər reytinqində Ermənistanın paytaxtı Yerevan 380-ci yeri tutub. Tbilisi 404-cü, Bakı isə 390-cu yeri tutub. Siyahıda 440 şəhər var, ən sonuncu yerdə Hindistanın Txiruvanantxapuramdır.
“Numbeo”nun “yaşayış dəyəri indeksi” mağazalardakı və restoranlarındakı qiymətlər, nəqliyyat xərcləri, kommunal xidmətlər və yerli əhalinin alıcılıq qabiliyyəti əsasında hesablanır.







