
Parlamentin “Mənim addımım” fraksiyasının üzvü Tatevik Hayrapetyan parlament bəyanatları zamanı Türkiyənin Xarici işlər naziri ilə ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşünə toxundu.
“Nəticə artıq bəllidir.Türkiyə bizim üçün təhdiddir.Türkiyənin yürütdüyü iş tərzinin nəticələrini biz hələ 100 il əvvəl şahidi olmuş və dərimiz üzərində onun fəsadlarını hiss etmişik..
Türkiyənin bu gün Suriyada törətdiyi əməlləri 20-ci əsrin əvvəllərində ermənilərə qarşı törədilmiş vəhşiliklərin tamamilə təkrarıdır”-deyə deputat qeyd edib.
Tatevik Hayrapetyanın sözlərinə görə, Türkiyə tərəfinin ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşünə gəldikdə, qeyd etmək lazımdır ki, bu görüş nə son, nə də ilk deyil: “Bəli belə görüşlər həmçinin əvvəllər də olub.
Türkiyə ATƏT-ə üzv dövlət olaraq hər zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesində son dərəcə yaxından iştirak etməyə çalışmışdır ki, o da ona haçansa nail olmayıb və ola da bilməz.Ona görə ki, Türkiyə özünün bütün bəyanatları və iş tərziylə, tam Azərbaycanpərəst mövqeyi var.
Əgər Türkiyə həqiqətən həll prosesinə töhfə vermək istəyirsə,onun ən yaxşı töhfəsi Qarabağ danışıqlar prosesindən mümkün qədər uzaq olmaqdır.Ona görə ki, məsələyə Türkiyənin zərərdən başqa heç bir təsiri ola bilməz”- deyərək Tatevik Hayrapetyan bəyan edib.







