Başlıcaİctimaiyyət
Ermənistanda daha 372 nəfərdə koronavirus aşkarlanıb
Ermənistanda daha 372 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər ölüb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 7 774-yə yüksəlib.
Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 98-ə çatıb.
Bildirilib ki, indiyədək 3 255 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 4 377 aktiv koronavirus xəstəsi var. İndiyədək 53 678 test aparılıb.