ArtsaxBaşlıcaSiyasət

Azərbaycanlılar Burq le Valans şəhərinin merini təhdid edib Artsax bayrağının endirilməsini tələb ediblər

Fransanın Burq le Valans şəhərinin meri Marlen Muğien bildirdi ki, şəhərdə qaldırılan Artsax Respubliaksının bayrağına görə onu təhdid edirlər.

“Bu sizin üçün Azərbaycan deyildir və burada hansı qanun və qaydaların olacağına qərar vermək sizin işiniz deyil “,- deyə Facebook hesabında Muğien yazdı. O paylaşımda Artsax bayrağanın da dalğalandığı bir sıra bayraqların fonunda şəklini də yayımladı.

Qeyd edək ki, hələ də 2015-ci ildə Artsaxın Şuşi və Fransanın Burq Le Valans şəhərləri arasında Dostluq sazişi imzalandı və sözügedən şəhərləri bacı şəhərlər elan olundu.

Burq Le Valansın meri paylaşımda xatırlatdı ki, Artsaxa səfər etmək üçün Azərbaycanın “qara siyahısına” daxil olunub.

“Bu gün məni sadəcə Azərbaycan diktatorları deyil, həm də dost Türkiyə də təhdid edir”,- deyə o yazdı.

Təxminən bir ay əvvəl 3 azərbaycanlı Arstaxın bayrağının endirilməsini tələb etdilər.

“Heç kim bizim yerinə kiminlə ünsiyyət quracağımıza qərar verə bilməz. Azərbaycan, Əli və müttəfiqləri anlamalıdır ki, dostlarımızı biz seçirik”,- deyə Marlen Muğien bildirdi.

O, onu da qeyd etdi ki, Burq le Valansda Artsaxın bayrağının qaldırılması Azərbaycanın hər gün məhv etməklə təhdid etdiyi millətlə dostluğun simvoludur. Azərbaycan bununla bütün dünyaya göstərir ki, yeganə məqsədi 1915-ci il erməni soyqırımının tamamlanmasıdır.

Daha çox göstər
Back to top button