BaşlıcaSiyasət

“Hayastani Hanrapetutyun” gündəlik qəzeti: “Ağır və alçaldıcı bir qiymət”

“Keçən il  noyabrın 9-da  imzalanan atəşkəs Azərbaycanın qələbəsi, Ermənistanın məğlubiyyəti hesab olunur.

Ancaq Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi, təhsil və digər sahələrdə gedən proseslər göstərir ki, bugünkü qələbənin qiyməti suverenliyin kəskin cüziləşməsi, hətta itkisi olacaqdır.

Əlbətdə ki, bu proses yalnız başlamamış, son illərdə “Bir millət, iki dövlət” anlayışı Azərbaycana “məcbur edilmişdir” və Türkiyənin birbaşa dəstəyi ilə hərbi qələbə bu templəri daha da sürətləndirmişdir.

Türkiyə ilə Azərbaycan arasında mədəniyyət mərkəzlərinin yaradılması və istismarı barədə 2018-ci il  aprelin 25-də imzalanan hökumətlərarası saziş artıq qüvvəyə minmişdir.

Türkiyə ilə Azərbaycan arasında güzəştli ticarət razılaşması martın  1-dən  etibarən qüvvəyə minəcəkdir.

Həm də iki ölkə vətəndaşlarının ikitərəfli hərəkətini asanlaşdırır.Bunun  nəticəsində Türkiyə və Azərbaycan vətəndaşları bir-birlərini şəxsiyyət vəsiqələri ilə ziyarət etmək fürsəti əldə edir.

Türkiyə-Azərbaycan “qardaş” əməkdaşlığı xarici siyasətdə də özünü təsvir edir. Təbii ki, iki ölkə arasında hərbi sahədə sıx əməkdaşlıqdan danışmağa ehtiyac yoxdur.

Sentyabrın 27-də başlanan müharibə bunun əyani təsdiqi oldu, eləcə də bu gün Türkiyə ordusu onsuz da tamamilə Azərbaycanda yerləşmişdir. Ancaq ən diqqətçəkən şey, Türkiyə və Azərbaycan qanunlarının daima uyğunlaşdırılmasıdır.

Qanunvericilik baxımından real proses elə bir şəkildə inkişaf edir ki, yaxın illərdə ən yaxşı halda bir konfederasiya yaradılması istisna edilmir, əslindəsə – Azərbaycanın Türkiyə tərəfindən mənimsənilməsidir … ”

Daha çox göstər
Back to top button