BaşlıcaEkonomika

Dövlət idarəetmə orqanlarının daxili sənəd dövriyyəsi tamamilə rəqəmsallaşdırılmışdır: Avinyan

İdarəetmə sistemi rəqəmsallaşmanın yeni mərhələsinə girdi. Dövlət idarəetmə orqanlarının daxili sənəd dövriyyəsi tamamilə rəqəmsallaşdırılmışdır. Bunu öz Facebook səhifəsində ER Baş nazirinin müavini vəzifəsini icra edən Tigran Avinyan yazıb.

“2021-ci il aprel ayından vətəndaşlarla dövlət qurumları və təşkilatları arasında rabitənin tam rəqəmsallaşdırılması prosesi başlayıb. E-request.am sistemiylə ərizə, tələb, şikayət və ya başqa növ məktubları elektron formada göndərilə bilər. Elektron formada da təxminən 140 dövlət qurumdan və təşkilatdan cavab ala biləcəklər.

Proqramda artıq ER Ədliyyə, Yüksək Texnologiyalar Sənayesi, Ərazi İdarəetmə, İnfrastruktur, İqtisadiyyat, Fövqəladə Hallar, Əmək, Sosial Məsələlər, Təhsil, Elm, Mədəniyyət, İdman Nazirlikləri, ER Dövlət Gəlirləri Komitəsi və Şəhərsalma Komitəsi vardır”.

Daha çox göstər
Back to top button