Başlıcaİctimaiyyət

Azərbaycan-İran sərhədində insident baş verib: sərhəd pozucusu yaralanıb

İran vətəndaşı Azərbaycanın dövlət sərhəddini qanunsuz keçməyə cəhd göstərərkən yaralanıb, digər iki nəfər isə əks istiqamətdə gizlənib. Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin 10 sentyabr tarixli məlumatında deyilir.

İnsident sentyabrın 8-nə keçən gecə Varanda (Füzuli) rayonunda baş verib. Üç sərhəd pozucusuna “Dayan!” əmri verilib, lakin məhəl qoymayıblar. Sərhədçilər atəş açıblar, onlardan birini yaralayıblar, ikisi qaçmağa müvəffəq olub.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun çantasında 11 770 kiloqram narkotik maddə olub. Faktla bağlı cinayət işi başlanılıb.

Daha çox göstər
Back to top button