ArtsaxBaşlıca

DQ Xİ naziri: “Azərbaycanın növbəti təcavüzü rus sülhməramlılara istiqamətlənə bilər”

Azərbaycan Rusiyanın sülhməramlı missiyasının nüfuzuna xələl gətirmək üçün çox addımlı əməliyyat keçirir. Bu haqda  Dağlıq Qarabağ Respublikasının (Artsax) Xarici işlər naziri Davit Babayan  jurnalistin xahişiylə avtomobil istiqamətində güllə atışları ilə əlaqədar Azərbaycan tərəfinin ittihamlarını şərh edərkən bildirib.

“Artsax tərəfinin guya Azərbaycan avtomobilinə atəş açdığı, tamamilə dezinformasiyadır, açıq şəkildə ağ yalandır.

Hadisəni törədənləri Azərbaycanda axtarılmalıdır. Bu, Azərbaycan propaqandasının növbəti səhnələşdirilmiş tamaşasıdır.

 Bununla nəyə nail olmaq istəyirlər? Birincisi, sanki tarazlığı qorumaq üçün. İnsan ölümünə səbəb olan terror aktını məhz onlar təşkil etdilər.

Bu,Rusiya sülhməramlılarının qarşısında alçaq tərzlə edildi və aydındır ki, Moskvanın xoşuna gələ bilməzdi.

Bunu başa düşürlər və “kompensasiya ödəmək”istəyirlər, sanki erməni tərəfinin nə etdiyini görmək istəyirlər.

Hətta bir sıra Avropa strukturlarının azərbaycanlı diplomatları vətəndaşımızın faktiki olaraq öldürülməsini elə təəssürat yaradan şəkildə şərh edirlər ki, üçüncü Reyxdə olmaq təəssüratı yaradılır. Onların izahları ermənilərə nifrətin təzahüründən başqa bir şey deyil.

İkincisi, belə bir səhnələşdirilən hərəkətlərlə Rusiyanı çətin vəziyyətə salmağa çalışırlar. Sonda məlum olur ki, sülhməramlılar öz öhdəliklərini yerinə yetirə bilmirlər, öz missiyalarını zəif yerinə yetirirlər və s. Yəni bu, Rusiyaya növbəti zərbədir. Əvvəlcə rus sülhməramlısının yanında oturduğu vətəndaşımızı öldürürlər və indi bu səhnələşdirilmiş hərəkətləri ilə rus sülhməramlılarının nüfuzuna yeni zərbə vurmuş olurlar.

Bundan başqa, burada başqa bir yeni aspect də var və düşünürəm ki, tezliklə Azərbaycan ordumuza müdaxilə etməyə, onların “terrorçu” olduqlarını və silahsızlaşdırılmalı olduqlarını söyləməyə çalışacaq.

Budur belə bir teatr tamaşası. Ancaq təbii olaraq hər hansı bir yalan gec -tez və bizim vəziyyətimizdəsə, kimin nəyin arxasında dayandığı tezliklə aydın olacaq.

 Azərbaycanın hərəkətləri dezkonstruktiv yanaşmanın və Bakının danışıqlar prosesini yenidən davam etdirmək istəməməsinin növbəti təzahürüdür.

Bu yolla ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə planlaşdırılan səfərini ləğv etmək və eyni zamanda Qarabağ cəmiyyətində müəyyən dərəcədə narahatlıq və əsəbilik saxlamaq istədikləri istisna edilmir” – deyərək nazir bildirib.

Növbəti təxribatın dərhal Rusiya sülhməramlılarına qarşı yönəlməyəcəyini istisna etmək mümkündürmü?

“Təbii olaraq bunu istisna etmək olmaz. o zaman bizim diqqətimizə belə bir şey gəldi. Çünki hər şeyi Azərbaycan tərəfdən gözləmək olar və gözləmək lazımdır.

 Xatırlayaq ki, Rusiya vertolyotunu vuran məhz Azərbaycan idi, xatırlayaq ki, ən yaxın müttəfiqi və  böyük qardaşı olduğu Türkiyədə Rusiyanın səfiri öldürüldü.

Qarabağda təxribat törədiləcəyi təqdirdə Türkiyə təcrübəsindən tam istifadə edə bilərlər. Hər şey gözləmək mümkündür.Göründüyü kimi,  haçan ki, rus sülhməramlılarının  səlahiyyətinin uzadılması ətrafında danışıqlar aktivləşərsə,o zaman azərbaycanlılar ən alçaq, insane xas olmayan addımlar ata bilər” – deyərək  Davit Babayan qeyd edib.

Daha çox göstər
Back to top button