BaşlıcaSiyasət

İran səfirliyinin müşaviri regionda kimlərin nifrət və düşmənçiliyi qızışdırdığını bildirib

 Cənubi Qafqazda xalqlar arasında nifrət və ədavət, kiçik problemlər və gərginləşən münaqişələr regiondankənar qüvvələr tərəfindən qızışdırılır.

Bu haqda İran İslam Respublikasının Ermənistandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Seyid Hüseyn Təbataba müharibədən sonrakı regionda Ermənistan-İran münasibətlərinə həsr olunmuş vebinar ərzində qeyd edib.

Onun sözlərinə görə, Cənubi Qafqaz xalqları çoxəsrlik dinc yanaşı yaşama tarixinə malikdir və əsrlər boyu birgə yaşayıblar.

İranlı diplomat iki dost ölkə İran və Ermənistanın müxtəlif siyasi, iqtisadi, sosial və geosiyasi baxımdan xüsusi mövqe tutan bu regionda xüsusi yeri və rolu olduğunu vurğulayıb.

Təbatəbainin sözlərinə görə, İran  və Ermənistan xarici media vasitəsilə regionda nifrət mühitinin kəskinləşməsindən narahatdır.

“Bölgədə nifrət mühiti günü-gündən artdığı səbəbiylə  bu gün  bir fakt qarşısında dayanmışıq ki, bölgədə olmayan ali hökmdarlar bir addım irəli  getməklə  o kiçicik ziddiyyətləri düşmənçiliyə və  kin-kidurətə çevirməy müvəffəq olmuşlar” – deyərək  iranlı xadim qeyd edib.

Bir mədəniyyət məsləhətçisi kimi Hüseyn Təbatəbai daha bir mühüm məsələni qeyd etdi: o da regionun tarixi və mədəni irsi ilə bağlı faktların saxtalaşdırılmasıdır.

“Faktlar saxtalaşdırılır və başqa ölkələrə aid edilir. Bu, çox ağrılı və narahatedici olaydır”- deyərək Seyid Hüseyn Təbatəbai bildirib.

Daha çox göstər
Back to top button