
Azərbaycan rəhbərliyi Artsax və Ermənistanın sürünən toponimik işğalını intensiv şəkildə davam etdirir.
Azərbaycan KİV –nin yazdığına görə, prezident İlham Əliyev iş adamlarını “azad edilmiş ərazilər”də fəal şəkildə biznes qurmağa çağırıb.
Region rəhbərləri ilə videokonfrans ərzində Əliyev bildirib ki, iş adamları diqqətlərini “azad edilmiş ərazilər”ə yönəltməli və orada biznes qurmalıdırlar.
Təxmin etmək çətin olmadığından və Əliyevin də qeyd etdiyi kimi, “azad edilmiş ərazilər” dedikdə, Artsap və Zəngəzuru nəzərdə tutur. Yeddi rayon, erməni tarixi torpaqları yox, Artsax və Zəngəzur.
Artsax haqqında heç nə demirik, problem hamıya məlumdur. Azərbaycanın başladığı bir neçə aqressiv müharibə də Bakıya məsələni “həll etməyə” kömək etmədi.
Amma Zəngəzur ayrı bir mövzudur. Xatırladaq ki, Zəngəzur Ermənistanın Azərbaycan-Türkiyə tandemi tərəfindən diqqət çəkən vilayətlərdən biridir.
Azərbaycan və Türkiyənin təcavüzündən sonra Əliyev administrasiyası Azərbaycanda “Şərqi Zəngəzur” adlı qısaldılmış Zəngəzur bölgəsi yaradaraq hiyləgər addım atdı.
Yəni istər sıravi azərilər, istərsə də regional məsələlərdən o qədər də anlayışı olmayan Qərb siyasətçiləri “Zəngəzur doğma Azərbaycan torpağıdır” anlayışını aşılayırlar.
Bu yolla ərazi iddiaları üçün zəmin hazırlandığını izah etməyə ehtiyac yoxdur.
Əliyev həmişə bu hiyləgər addımı atır. Həmin ölkənin prezidenti Azərbaycan adlarından istifadə edərək mütəmadi olaraq Ermənistana qarşı ərazi iddiaları səsləndirir.
Amma Şərq hikmətini xatırlatmaq yerinə düşər, nə qədər “halva-halva ” desən də, ondan ağzın şirin olmaz.







