
Biz mütəmadi olaraq Əliyevdən sülh və sülh müqaviləsi haqqında mesajlar eşidirik. Bunu jurnalistlərlə söhbətində “Mülki müqavilə” fraksiyasının üzvü Maria Karapetyan deyib.
O, qeyd edib ki, Əliyevin sözü ilə əməli üst-üstə düşməlidir. Karapetyanın sözlərinə görə, Ermənistan və beynəlxalq ictimaiyyətin fikrincə, ATƏT-in Minsk Qrupu sülh sazişi məsələsinin müzakirə oluna biləcəyi formatdır. “Lakin Azərbaycandan gələn təhdidlər qəbuledilməzdir və regionda sülh və sabitliyə töhfə verə bilməz”.
Maria Karapetyan bildirib ki, Ermənistan Respublikası parlamentinin həm iqtidaryönlü, həm də müxalifətçi deputatları Azərbaycanda saxlanılan əsirlər və digər şəxslərlə bağlı məsələ qaldırıb və onların geri qaytarılmasının vacibliyini qeyd ediblər.
“Mən azərbaycanlı deputatların mövqeyini təkrarlamaq istəməzdim, amma onlar müharibə zamanı və müharibədən sonra əsir düşənləri ayırırlar. Beynəlxalq hüquq belə bir ayrılığı nəzərdə tutmur və əsirlik müddətindən asılı olmayaraq bütün məhbusların geri qaytarılmasını tələb edir”,-o vurğuladı.







