Başlıcaİctimaiyyət
Ukraynada Rusiyaya qarşı döyüşən azərbaycanlı muzdlular var – VİDEO

Ukraynanın “УНИАН” xəbər agentliyi Telegram kanalında özlərini Azərbaycan vətəndaşı adlandıran və Rusiyaya qarşı döyüşməyə hazır olduqlarını elan edən muzdluları göstərib. Onlardan biri Çeçenistan lideri Ramzan Kadırova qarşı xüsusilə aqressiv tonda danışıb.
“Mən Azərbaycan vətəndaşıyam, Azov alayının könüllülərdən biriyəm. Evimi və ailəmi qorumaq imkanına görə Ukraynaya təşəkkür edirəm”,- videodakı kişi deyir.
O, Çeçenistan lideri Ramzan Kadırovun ünvanına da təhqiramiz ifadələr işlədib və İçkeriya lehinə şüarlar səsləndirib.







