Başlıcaİctimaiyyət

Dünyada COVID-19-a yoluxanların sayı 507 milyonu ötüb

Aprelin 21-nə olan məlumatlara görə, dünyada qeydə alınan COVID-19 koronavirus infeksiyasına yoluxma hallarının sayı 507 milyon 44 min 649-a çatıb. Worldometer portalının son məlumatları bunu sübut edir.

COVID-19 ilə əlaqəli xəstəliklərdən ölənlərin ümumi sayı 6 207 756-ya yüksəlib. 20 milyondan çox COVID-19 yoluxma hadisəsi olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Böyük Britaniya və Almaniya var.

İnfeksiyaya yoluxanların və virus nəticəsində ölənlərin sayı isə, ABŞ-da – 80 milyon 801 min 713 və 990 min 208, Hindistanda – 43 milyon 49 min 974 və 522 min 62, Braziliyada – 30 milyon 311 min 969 və 662 min 659, Fransada – 28 milyon 162 min 0402 və min 651, Böyük Britaniyada – 22 milyon 60 min 704 və 173 min 012, Almaniyada – 23 milyon 844 min 536 və 133 min 632.

Dünyada baş verən ən mühüm hadisələrin statistikası üzrə ixtisaslaşan “Worldometer” portalının məlumatına görə, aprelin 21-i səhər saatlarına planetin hər 1 milyon əhalisinə düşən ölüm göstəricisi 799,5 təşkil edib. ABŞ-da 3041, Hindistanda 372, Braziliyada 3077, Fransada 2207, Böyük Britaniyada 2516, Almaniyada 1589 nəfər ölüb.

Daha çox göstər
Back to top button