BaşlıcaBeynəlxalq

Borel Paşinyan –Mişel-Əliyev görüşünü alqışlayır

Avropa Komissiyasınınsədr müavini, Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Cozep Borrell AB Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə avqustun 31-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin görüşünü alqışlayıb. Bu haqda o, “Twitter” səhifəsində yazıb.

“Humanitar və kommunikasiya sahələrində sülh sazişi üzrə irəliləyiş əldə etmək üçün işi və səyləri davam etdirmək vacibdir. AB sülh, təhlükəsiz və firavan Cənubi Qafqaz naminə tam şəkildə iştirak etməkdə davam edir” – deyərək  yazıda qeyd edilib.

Avqustun 31-də keçirilən görüşdə əsirlərin azad edilməsi və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi, regional mühasirədən azad edilməsi, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması, Dağlıq Qarabağ problemi ilə bağlı məsələlər müzakirə olunub.

Sülh müqaviləsinin hazırlanması üzrə substantiv danışıqların davam etdirilməsi üçün Xarici işlər nazirləri səviyyəsində razılıq əldə olunub.

Xarici işlər nazirlərinin görüşü bir ay ərzində baş tutacaq. Tənzimləmə və Sərhəd Təhlükəsizliyi Komitəsinin növbəti iclası noyabrda Brüsseldə baş tutacaq. Liderlər şurasının növbəti iclası noyabrda keçiriləcək.

Daha çox göstər
Back to top button