Vaşinqton Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişelin Azərbaycan və Ermənistan arasında münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş səylərini dəstəkləyir.
Bu haqda ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenterqeyd edib.
“Hazırda Avropa Birliyi Şurasının rəhbəri Çarlz Mişelin rəhbərliyi altında sülh prosesi gedir və ABŞ bunu fəal şəkildə dəstəkləyir” – deyə o, brifinqdə bildirib və əlavə edib ki, Vaşinqton Ermənistan, Azərbaycan və Avropa Birliyi ilə daimi təmasdadır.
Onun sözlərinə görə, ABŞ “Bakı ilə Yeevan arasında münasibətlərin yaxşılaşdırılmasını, regionda nəqliyyat dəhlizlərinin açılmasını, qonşuluq münasibətlərinin qurulmasını və regionun bütün əhalisinin hüquqlarının müdafiəsini” dəstəkləyir.