BaşlıcaBeynəlxalq
Toivo Klaar əsirlərin güllələnməsinin videosuyla bağlı: “Bu müharibə cinayəti araşdırılmalıdır”
Əgər video realdırsa, deməli, erməni hərbçilərin edam edilməsi hərbi cinayətdir.Bu haqda AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.
“Daha bir növbəti dəhşətli video yayılıb. Həmin videoda, ümumiyyətlə, erməni hərbi əsirlərin gülləbaran edildiyi bildirilir.
Videonun həqiqiliyi sübuta yetirilərsə, bu, hərbi cinayətdir, araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır” – deyərək Twitter-də Klaar yazıb.
ER Müdafiə nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib ki, hazırda erməni hərbi əsirlərin güllələnməsi ilə bağlı videonun həqiqiliyinə heç bir şübhə yoxdur.
O, həmçinin qeyd edib ki, yeri və vaxtı ilə bağlı konkret məlumat verə bilmirlər.