BaşlıcaEkonomika

ABŞ Dövlət Departamentinin rəsmisi:  “ABŞ Ermənistanda kiçik modul nüvə reaktorları tikmək imkanını nəzərdən keçirir”

Hökumət Ermənistanın nüvə imkanlarını inkişaf etdirmək niyyətindədir. Bu haqda Baş nazir Nikol Paşinyan parlamentdə hökumətin sual-cavab sessiyasında ABŞ-ın Ermənistanda kiçik modul nüvə reaktorlarının tikintisi imkanlarını nəzərdən keçirməsi ilə bağlı geniş yayılmış məlumatlara istinad edərək bildirib.

“Təəssüf ki, hazırkı AES-imizin vaxtı var və ondan sonra biz onu işlədə bilmirik. Biz indi AES tikmək üçün bir neçə tərəfdaşla çox fəal danışıqlar aparırıq, bu danışıqlar həm Rusiya, həm ABŞ, həm də üçüncü ölkələrlə aparılır.

İndi bu variantlardan hansının iqtisadi baxımdan daha mənfəətli olduğunu nəzərdən keçiririk.

Paşinyanın sözlərinə görə, yaxın vaxtlarda Ermənistandan nümayəndə heyəti modul tipli atom elektrik stansiyalarının imkanları ilə tanış olmaq üçün ABŞ-a gedəcək.

Baş nazir qeyd edib ki, modul tipli atom elektrik stansiyaları daha aşağı gücə malik ola bilər, məsələn, 70 meqavatlıq hissə-hissə tikilə bilər.

O xatırladıb ki, indiki AES-in gücü 400 meqavatdır.

“Digər təkliflər bizim üçün problemlidir, çünki onlar bir anda 1000 meqavatlıq atom elektrik stansiyası təklif edirlər və ekspertlər hələ çox suallar olduğunu deyirlər.

ABŞ Rusiya və Çindən enerji müstəqilliyini gücləndirmək üçün Ermənistanda və digər Avrasiya ölkələrində kiçik modul nüvə reaktorları tikməyi düşünür.

Bu barədə ABŞ Dövlət Departamentinin Avropa, Avrasiya və Mərkəzi Asiyaya yardım proqramlarının koordinatoru Mariya Lonqi məlumat verib.

“Biz bəzi ölkələrdə, o cümlədən Ermənistanda Amerika texnologiyasından istifadə etməklə tikilən və həm Rusiya, həm də Çindən daha çox enerji müstəqilliyinə imkan verə biləcək kiçik modul nüvə reaktorlarının imkanlarını qiymətləndiririk” – deyərək  Lonqi ABŞ Nümayəndələr palatasının  Xarici əlaqələr  komitəsinin dinləmələri ərzində bəyan edib.

Rəsmi digər təfərrüatları açıqlamayıb.

.

Daha çox göstər
Back to top button