
Ermənistan Respublikasının Xarici işlər nazirliyi özünün Twitter mikrobloqunda 6 aydır davam edən Laçın dəhlizinin bloklanması ilə bağlı narahatlığını bildirib.
“Artıq 6 aydır ki, Dağlıq Qarabağda 120 min insanın fundamental hüquq və azadlıqlarına qarşı sərt məhdudiyyətlərin davam etdirilməsi ilə Laçın dəhlizi qanunsuz olaraq bloklanır ki, bu da 30 min uşaq və 9 min əlil insana mənfi təsir göstərir.
Və bütün bunlar Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qanuni qüvvəyə malik qərarına və beynəlxalq qurumların çoxsaylı çağırışlarına baxmayaraq edilir”.







