
Parisdə keçirilən “6-cı Sülh Forumu”nda ER Baş naziri Nikol Paşinyan Qranadada Azərbaycan prezidenti İlham Əliyevlə görüş fürsətinin əldən verməsi ilə bağlı məsələyə toxunub.
Aldığımız məlumata görə, Nikol Paşinyan deyib ki, Qranada görüşü və onun formatı faktiki hələ 2023-cü il iyulun 15-də Brüsseldə razılaşdırılmışdı.
Odur ki, burada bir həftə, ya on gün, hətta bir ay əvvəl planlaşdırma məsələ deyildi.
“Biz üçümüz, Mişel, prezident Əliyev və mən bu barədə razılığa gəldik və Qranada görüşün formatı ilə bağlı ilkin razılaşmamız var idi.
İlk beştərəfli görüş orada keçirildi və biz növbəti beştərəfli görüşün baş tutacağına dair ilkin razılığa gəldik.Çox vacib bir haldır ki, iştirakçıların siyahısı orada qərarlaşdırılıb və bundan sonra iyulun 15-də Brüsseldə bunu bir daha təsdiqlədik” – deyə Paşinyan qeydedib.
ER Baş naziri xatırladıb ki, bu barədə ictimaiyyətə məlumat verilib.
“Biz bilmirdik, mənə məlumat verilməyib ki, başqa gündəm var.Çünki biz Qranadada görüşə hazırlaşarkən belə bir təsəvvür yaranırdı ki, hər şey razılaşdırılıb.
Qranada görüşü başqa hallarla bağlı olmayıb, sadəcə olaraq, artıq razılaşdırılmış məsələnin həlli məsələsi idi” – deyərək Paşinyan aydınlaşdırıb.







