BaşlıcaSiyasət

 Amerika səfirliyi ER ərazisində səyahət məhdudiyyətlərini cüziləşdirib

ABŞ səfirliyi əməkdaşlarının Ermənistan Respublikasına səyahət məhdudiyyətlərini azaldıb. Aldığımız məlumata görə, bu haqda səfirliyin “Facebook” səhifəsində məlumatlandırılıb.

“ABŞ vətəndaşlarına xəbərdarlıq: ABŞ səfirliyi işçilər üçün səyahət məhdudiyyətlərini yüngülləşdirdi. Bu mesajda bildirilir ki, buradakı xəbərdarlıqlar əvvəlki bildirişdə göstərilən məhdudiyyətlərlə müqayisədə  cüziləşdirilib.

Məhdudiyyətlərə aşağıdakılar daxildir:

Vardenisin Geğarkunik vilayəti Vardenisdən Şərqə doğru , Syünik vilayəti Qorisdən Şərqə doğru, Syünik vilayəti Kapandan  Cənuba doğru düşən ərazilərdə, Ararat vilayəti Yerasx kəndiylə  nəqliyyata icazə verilir, dayanacağa yox.

Əvvəlki xəbərdarlıq səfirlik tərəfindən 2023-cü il sentyabrın 19-da Azərbaycanın Dağlıq Qarabağa qarşı hərbi əməliyyata başladığı zaman edilib. Həmin vaxt məhdudiyyətlər Tavuş vilayətinə və Dağlıq Qarabağa da şamil edilib.

Daha çox göstər
Back to top button