BaşlıcaSiyasət

İran  Avropalı missionerlərin Erməənistanda  olmasına anlayışla yanaşır

Avropa Birliyinin Ermənistandakı Monitorinq Missiyası hərbi xarakter daşımır. Ermənistan hakimiyyəti İran tərəfini əmin edib ki, missiya sadəcə olaraq Ermənistan-Azərbaycan sərhədində sabitliyi qorumaq və gərginliyin qarşısını almaq məqsədi daşıyır və bu, İran tərəfi üçün başa düşüləndir.

Alınan məlumata görə, bu  haqda  İranın ER-dakı Fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani keçirdiyi mətbuat konfransında Avropa Monitorinq Missiyasının Ermənistandakı mandatının uzadılması faktına toxunaraq bildirib.

 “Biz Ermənistan hökumətinin öz siyasətini şaxələndirmək mövqeyinə hörmətlə yanaşırıq. Ermənistan hakimiyyəti bizə bildirdi ki, Ermənistanın Avropa İttifaqı və bir sıra Avropa ölkələri ilə əlaqələri də Ermənistan-İran əməkdaşlığı üçün yaxşı imkanlar yarada bilər.

 Əgər Ermənistan AB ilə münasibətləri inkişaf etdirə bilsə və bu vəziyyətdən Ermənistan-İran münasibətlərini inkişaf etdirmək üçün istifadə edərsə, biz bu səyləri müsbət qiymətləndiririk” – deyə Mehdi Sobhani bildirib.

Daha çox göstər
Back to top button