Beynəlxalq
Ukrayna və Azərbaycan arasında yeni yaxınlaşma

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev ilə görüşüb.
Ukraynalı diplomat özünün X səhifəsində qeyd edib ki, görüş zamanı tərəflər Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. Səfir Azərbaycanın daimi dəstəyi və həmrəyliyinə görə Ukraynaya minnətdarlığını bildirib.






