
Baş nazir Nikol Paşinyan sentyabrın 28-30-da işgüzar səfərlə Strasburqda olacaq və Avropa Şurası Parlament Assambleyasının sessiyasının işində iştirak edəcək.
Səfər çərçivəsində AŞ PA-nın sədri Teodoros Rusopulos, Avropa Şurasının Baş katibi Alen Bers, Avropa İnsan Haqları Məhkəməsinin sədri Matis Giomari, həmçinin Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Maykl O’Flaherti ilə görüşlər nəzərdə tutulub.
Sentyabrın 30-da Baş nazir Paşinyan AŞ PA-nın dördüncü sessiyasının plenar iclasında çıxış edəcək.







